Dövlət Sosial Müdafiə Fondu Özbəkistanın Büdcədənkənar Pensiya Fondu ilə protokol imzalayıb

Dövlət Sosial Müdafiə Fondu Özbəkistanın Büdcədənkənar Pensiya Fondu ilə protokol imzalayıb backend

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumu çərçivəsində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə Özbəkistan Respublikasının Maliyyə Nazirliyi yanında Büdcədənkənar Pensiya Fondu arasında Niyyət Protokolu” imzalanıb.

 

Nazirliikdən Qaziler.az-a bildirilib ki, sənədi Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov və Özbəkistanın Büdcədənkənar Pensiya Fondunun icraçı direktoru Əbdüləziz Haydarov imzalayıblar.

 

Protokolda dövlətlərin qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində hər iki qurumun qarşılıqlı faydalı əlaqələr qurmaq niyyəti ifadə olunur.

 

Sənəddə pensiya təyinatı, hesablanması, pensiya təminatı ilə bağlı qanunvericilikdə dəyişikliklər, bu sahədə təcrübə və məlumat mübadiləsi və s. kimi sahələrdə əməkdaşlıq istiqamətləri əksini tapir.

Diaspora