Ötən dövrdə 2 536 nəfər proqramda iştirak edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü DOST” proqramına bu ilin 9 ayında 25 277 müraciət olub və proqrama daha 828 nəfər cəlb edilib.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, “Könüllü DOST” proqramı "Gənc DOST", "Gümüşü DOST", “Korporativ DOST”, “İnklüziv DOST” və "Distant DOST" altproqramları əhatə edir.
DOST könüllüləri DOST mərkəzlərində vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsinə öz dəstəyini verirlər. Onlar mərkəzlərdə vətəndaşların qarşılanması, məlumatlandırılması, xidmət pəncərələrinə yönləndirilməsi, onlara e-sistemlərdən istifadədə, anket, forma doldurulmasında kömək göstərilməsi və s. işləri yerinə yetirirlər.
DOST Agentliyi və ilk DOST mərkəzi 2019-cu ilin may ayında açılıb. Həmin vaxtdan “Könüllü DOST” proqramına 72 519 müraciət olub. Proqramda iştirak edənlərin sayı isə 2 536 nəfər təşkil edib.