Naxçıvan-Bakı reysi ilə uçan təyyarə təcili eniş edib

Naxçıvan-Bakı reysi ilə uçan təyyarə təcili eniş edib backend

“Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsi nasazlıq səbəbindən eniş edib.

Bu barədə “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarənin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb. Təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına eniib.

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.

loading...
Diaspora