Əməkdar artist, xanəndə Süleyman Abdullayev dəfn olunub.
"Report" xəbər verir ki, S.Abdullayev Müşfiqabad qəbiristanlığında ailə məzarlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib. Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan xanəndə şəkər xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!
*****
16:10
Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev ilə Təzəpir Məscidində vida mərasimi keçirilir.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən bildirilib.