Kıraç Bakıda Rəşid Behbudovun mahnısını oxudu - VİDEO

Kıraç Bakıda Rəşid Behbudovun mahnısını oxudu -  VİDEO backend

Türkiyəli məşhur müğənni Kıraç Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Qaziler.az Publika.az-a istinadla xəbər verir ki, Kıraç konsertin əvvəlində təəssüratını bölüşüb.

"Çox həyəcanlıyam. Tarixi salonda konsert verməkdən çox xoşbəxtəm", - bildirib.

İfaçı Rəşid Behbudovun ifa etdiyi "Sənə də qalmaz" mahnısını səsləndirib:

"Uşaqlıq illərindən ən çox sevdiyim və dinlədiyim mahnını ifa edirəm. Bu mahnını ilk dəfə Bakıda oxuyuram".

Konsert proqramında "Anadolu Events"in rəhbəri Eyyub Hüseynzadə ifaçıya xalça hədiyyə edib.

Diaspora