DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin 1 yaşı oldu

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin 1 yaşı oldu backend

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışından 1 il ötür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, ötən ilin bu günündə açılışı olan Mərkəz Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb və sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılması və inkişafı, cəmiyyətə təqdim olunmasında, onların sosial inteqrasiyasında mühüm rola malikdir.

Mərkəzdə şəhid ailələlərinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərə xidmət göstərilir.

Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 121 nəfərlik auditoriumdan, müxtəlif peşə-yaradıcılıq otaq və studiyalarından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan və s. ibarətdir.

 

Burada hazırda 253 benefisiar rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma və media, fotoqrafiya sənəti, kulinariya, səhnə ifaçılığı, kapoeyra, badminton, publisistika daxil olmaqla, 14 fəaliyyət istiqaməti üzrə təlimlərdə iştirak edir.

Ötən dövrdə həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində I Qarabağ müharibəsinə və Zəfərimizə həsr olunmuş “Köhnə çamadanlar” filminin, İnklüziv ƏSA teatrının iştirakı ilə Molyerin “Xəsis” pyesinin motivləri əsasında hazırlanmış “AND” tamaşasının, “Oyun” teatr studiyası ilə əməkdaşlıq çərçivəsində C.Cabbarlının “Solğun çiçəklər” dramı əsasında hazırlanan “Solğun sevgilər” tamaşasının, A.P.Çexovun eyniadlı pyesi əsasında hazırlanmış “Təklif ” tamaşasının təqdimatları, autizmlə bağlı “Fərqliliyə qucaq aç” adlı sərgi satış yarmarkası və konsert proqramı, DOST Könüllülərinin 3 illiyinə həsr olunmuş “ Sosial Könüllülər Forumu, Azərbaycan Yaponiya münasibətlərinin 30 illiyi ilə əlaqədar “True Colors Festival”ı, Badminton Federasiyası ilə əməkdaşlıq çərçivəsində Şən İnklüziv Badminton Festivalı və s. kimi ictimaiyyət tərəəfindən maraqla qarşılanan tədbirlər keçirilib.

Mərkəzdə həssas əhali qrupuna daxil olan şəxslərə xidmət istiqamətində tədbirlər davam etdirilir.

loading...
Diaspora