Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımı xəstəxanada ziyarət edib.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Ərdoğan Mam və Sakura xəstəxanasında müalicə olunan Binəli Yıldırım və millət vəkili Şamil Ayrıma baş çəkib.
Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəmizə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən qəzaya düşüb. Onlar dərhal Mərkəzi Klinikaya yerləşdiriliblər. Hər üç şəxs bu gün Türkiyəyə yola salınıb. (modern.az)


