Xalq artisti İlham Əsgərov vəfat edib

Xalq artisti İlham Əsgərov vəfat edib backend

Tanınmış aktyorun beyninə qan sızıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov dünyasını dəyişib.

QAZILER.AZ-ın "Report"a istinadən məlumatına görə, aktyor beyninə qan sızması nəticəsində dünyasını dəyişib.



İlham Əsgərov 1958-ci il sentyabrın 3-də anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.

Onun yaradıcılığının başlıca estetik mahiyyətini aşağıdakı rollar təşkil edir:

Mirzə İbrahimov "Közərən ocaqlar" Əli,
Hüseyn Cavid "İblis" Ərəb,
Nəriman Həsənzadə "Atabəylər" Əbubəkir,
Bəxtiyar Vahabzadə "Fəryad" Loğman və Əmir,
Bəxtiyar Vahabzadə "Dar ağacı" Sabutay,
Bəxtiyar Vahabzadə "Rəqabət" Nadir,
İlyas Əfəndiyev "Büllur sarayda" Həbib,
İlyas Əfəndiyev "Mahnı dağlarda qaldı" Nicat,
İlyas Əfəndiyev "Sevgililərin cəhənnəmdə vüsalı" Anaşkin,
İlyas Əfəndiyev "Tənha iydə ağacı" Doktor Altay,
İlyas Əfəndiyev "Hökmdar və qızı" Məhəmməd xan,
Uilyam Şekspir "Kral Lir" Fransa kralı,
Hidayət Orucov "Bu dünyanın adamları" Nemət Səmədzadə,
Süleyman Sani Axundov "Eşq və intiqam" Piri baba,
Əli Əmirli "Mesenat" N.Nərimanov.
İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biridir.

Azərbaycan Dövlət Televiziyasında:

Uilyam Şekspirin "İki veronalı" (Valentin)
İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" (Valeh),
Aslan Qəhrəmanovun "Səndən xəbərsiz" (Fərrux),
Mar Bayciyevin "Ər və arvad" (Əziz),
Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?" Fikrət,
Mövlud Süleymanlının "Fatehlərin divanı" (Bilgə xaqan)
və s. teletamaşalarında müxtəlif xarakterli obrazlara səhnə ömrü verib.

Allah rəhmət eləsin!
Diaspora