Dövlət Komitəsində Böyük Qayıdışın təşkili ilə bağlı kollegiya iclası keçirilib

Dövlət Komitəsində Böyük Qayıdışın təşkili ilə bağlı kollegiya iclası keçirilib backend

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Böyük Qayıdışın təşkili ilə bağlı növbəti kollegiya iclası keçirilib.

Komitədən Qaziler.az-a verilən məlumata görə, qurumun sədri Rövşən Rzayev qeyd edib ki, dövlətimizin başçısının tapşırıqlarının vaxtında və tələb olunan səviyyədə icra olunması üçün hər bir əməkdaş və sturuktur bölməsi əzmkarlıqla, böyük məsuliyyətlə çalışmalıdır.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini, bərpa-quruculuq işlərinin sürətlə aparılmasını və məcburi köçkünlərin doğma yurda qayıdışa hazırlanmasını postmüharibə dövründə mühüm vəzifə kimi müəyyənləşdirib. Ermənistan üzərində qələbədən keçən iki ildə bu vəzifələrin icrası istiqamətində böyük işlər görülüb: yeni yol-nəqliyyat infrastrukturu qurulur, şəhər və kəndlərin təməli qoyulur, ilkin mərhələsi başlanmış Böyük Qayıdışın səmərəli təşkilinə zəmin yaradılır.

Kollegiya iclasında Böyük Qayıdış prosesi, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə köçürüləcək əhalinin sayının dəqiqləşdirilməsi, tərkibinin və ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə sorğuların aparılması, məcburi köçkünlərin miqrasiya proseslərinin idarə olunması və statusla bağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, vahid aylıq müavinətin verilməsi, məcburi köçkünlərin istifadəsindəki dövlət xüsusi mənzil fondunun istismar vəziyyəti və qışa hazırlığı sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr haqqında struktur bölmələri rəhbərlərinin məruzələri dinlənilib.

Məruzələr ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

loading...
Diaspora