Azərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTO

Azərbaycan Dillər Universitetində mənəvi dəyərlərlə bağlı tədbir keçirildi - FOTO backend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Dialoq və İnkişaf  Naminə" İctimai Birliyi (DİNİB) "Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması" adlı layihəsinin icrasını davam etdirərək, Azərbaycan Dillər Universitetində növbəti konfransı baş tutub.

Qaziler.az bildirir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə DİNİB-in idarə heyətinin üzvü Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib. O qeyd edib ki, qloballaşmanın milli- mənəvi dəyərlərimizə müsbət və mənfi təsirləri vadır. Natiq çıxışına davam edərək, Azərbaycanın milli- mənəvi dəyərlərinin qorunması və təbliği, mədəniyyətlərarası dialoqun təşkili və təşviqi sahəsində Mehriban xanım Əliyeva çoxşaxəli və səmərəli fəaliyyəti ilə  mühüm işlərini, habelə Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələrini xüsusi qeyd edərək tədbir iştirakçılarının nəzərinə çatdırıb.

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, dövlətiimiz qloballaşmanın milli irs və adət-ənənələrimiz üçün yaratdığı təhdidlərin qarşısını almaq məqsədi ilə bir sıra təsirli tədbirlər görüb və bu proses indi də davam etməkdədir. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və inkişaf etdirilməsi, təkcə dövlət qurumlarının üzərinə düşən məsuliyyət deyil, bütün cəmiyyət, hər bir vətəndaş bu işlə məşğul olmalıdır, bu bizim həm mənəvi borcumuz, həm də konstitusion vəzifəmizdir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, "Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməlidir".

DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, İlahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxış edərək, tədbir iştirakçılarına icraçı olduğu Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti ilə tanış edib. Çıxışına davam edərək natiq bildirib ki, Azərbaycanın milli-mənəvi dəyərləri dövlət səviyyəsində qorunaraq təbliğ olunur. Son vaxtlarda həyata keçirilən layihələr mənəvi dəyərlərimizin inkişafı istiqamətinə yönəlmişdir. O qeyd edib ki, Mənəvi dəyərlər sisteminin əsasını ailə, böyüklərə ehtiram, humanistlik, mərhəmət, xeyirxahlıq, əxlaq, sülhsevərlik, vətənpərvərlik,dini dəyərlərə hörmət təşkil edir. Onların qorunması daim dövlətin diqqət mərkəzindədir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, valideyn himayəsindən məhrum olmuş uşaqların, aztəminatlı ailələrin, qaçqınların və məcburi köçkünlərin, fiziki imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunması həm sosial, həm də mənəvi sahədə həyata keçirilən siyasətin bariz nümunəsidir.

Tədbirdə Azərbaycan Dillər Universitetinin BMR fakültəsinin dekan müavini, professor Əli Məmmədov deyib ki,  gənclərdə milli-mənəvi dəyərlərin inkişafı, onların qloballaşan dünyada öz istiqamətlərini itirməmələri üçün əvəzsiz rol oynayır. Gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişmələrinin vacibliyini vurğulayan professor diqqətə çatdırıb ki, onların bu ruhda yetişmələri milli məfkurəmizin gələcək nəsillərə ötürülməsinə, xalqımızın tarixi azərbaycançılıq ideyalarının daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) İdarə Heyətinin üzvü, Uzman Dr Aydın Talışinskiy çıxış edərək bildirib ki, Azərbaycanın özünəməxsus və əsrarəngiz milli-mənəvi  dəyərlərini müqəddəs bayrağımızın təzahürü timsalında  izah etdi. Türk və İslam sivilizasiyasının ayrılmaz və mühüm parçası olmağımızdan  əldə  olunan zənginliyimizdən, necə tolerant ve multikultural nümunəvi  ölkə olaraq inkişaf etməyimizdən danışdı . Savadlı, vətənpərvər  insanların beyin məhsulu ortaya qoyulduqda, dini və milli kimlik sütunları üzərində  qurulmuş  sarsılmaz əqidədən  ilham alaraq, elmi tərəqqi əldə etməyin  mühümlüyünü də açıqladı. Ayrıca, təqdimat Diller Universitetində keçirildiyi üçün, doktor dil məfhumunun  “insanın  beşikdən etibarən” formalaşmasının zəruriliyi  haqda ətraflı danışaraq, dil siyasətinin müdrükcəsinə yürüdülməsi  mövzusunda  Ulu Öndər Heydər Əliyevin  və Prezident İlham Əliyevin   aldığı qərarlardan bəhs etdi və  bu silsilədə irəlidə hansı addımlarla vətənimizi daha da bütünləşdirməyə  nail ola biləcəyimiz  istiqamətdə tövsiyyələrini  verdi.

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) İdarə Heyətinin üzvü Vidadi Məmmədov çıxışına Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik

fikirlərindən bir neçəsini konfrans istirakçılarının diqqətinə çatdırmaqla başlayıb. Natiq çıxışına davam edərək, ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizi, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürdüyünü və indiki, eləcə də gələcək nəsillərin bu dəyərlərə bağlı fəaliyyət göstərmələrini gənclərə tövsiyyə edib. Vidadi Məmmədov bildirib ki, Azərbaycan Dillər Universitetinin tələbələri milli-mənəvi dəyərlərimizin müxtəlif sosial şəbəkələr vasitəsi ilə də təbliğ olunmasında hər bir azərbaycanlı kimi onların da mənəvi borcu olduğunu və gəncləri bu sahədə daha da fəal olmağa dəvət edib.

“İqtisadi Araşdırmalar və Təhlil Mərkəzi”nin rəhbəri, Xəzər Universitetinin müəllimi Radil Fətullayev öz çıxışında  bidirdi ki, tarixin bütün dövrlərində Azərbaycan dini dəyərlərə və müxtəlif dinlərin mənsublarına münasibətinə görə, sözün əsl mənasında tolerantlıq nümunəsi olub. Müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və birgə yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşması və inkişafına mühüm töhfələr verib.

İctimai Fəal Samir Pənahəliyev söz alaraq, tələbə - gənclərə ictimai fəal olmağı, bu sahədə ardıcıl mübarizə aparmağı arzulayaraq, hər bir vətəndaşımızın arxa cəbhədə milli və mənəvi dəyərlərlərimizin qorunması naminə fəaliyyət göstərmələrini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti nəticəsində Azərbaycan muğamı, aşıq və tar ifaçılığı sənəti, Azərbaycan xalçası və kəlağayısı, Qobustan kompleksinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsini konfrans iştirakçılarının diqqətinə çatdırırdı.

Tədbir tələbələrin sualları və maraqlı çıxışları ilə yekunlaşıb.

loading...
Diaspora