Bu gün akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində “Qarabağ qaziləri” İctimai Birliyi tərəfindən həkim-professor Zərraf Şirinov fəxri diplomla təltif edilib.
Qaziler.az xəbər verir ki, görüşdə mərkəzin direktoru, professor Rauf Ağayev, Baş həkim, tibb elmləri doktoru Yusif Əliyev, həmçinin “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavinləri - Rafiq Kərimov və Sadiq Quliyev iştirak ediblər.
Fəxri diplomu Zərraf Şirinova “Qarabağ qaziləri” İB-nin sədr müavini Rafiq Kərimov təqdim edib.
Təqdimetmə zamanı mərkəzin rəhbəri Rauf Ağayev, Baş həkim Yusif Əliyev və professor Zərraf Şirinov onların əməyinə verilən dəyərə görə "Qarabağ qaziləri" İB-nin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, göstərdikləri bu xidmət onların peşə borcudur və bundan sonra da onlar Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə şəhid olanların alilələrinə, əlillərə, müharibə veteranlarının müalicəsinə diqqətlə yanaşacaqlar.
Qeyd edək ki, “Qarabağ qaziləri” İctimai Birliyi artıq bir neçə ildir ki, tibb sahəsində şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıya görə fərqlənən insanları fəxri diplomla təltif edir.
