Pensiyaçılar arasında “Zəfər turniri” başladı - FOTO

Pensiyaçılar arasında “Zəfər turniri” başladı - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə pensiyaçılar arasında “Zəfər turniri”nə bu gün artıq start verilib.

 

Qaziler.az bildirir ki, hazırda Quba–Xaçmaz, Şirvan–Salyan, Mərkəzi Aran, Qazax–Tovuz, Şəki–Zaqatala və Dağlıq Şirvan regional filialları üzrə pensiyaçılar arasında şahmat turnirinun seçim mərhələsi keçirilir.  

 

Həmin filiallar üzrə 200-dən çox pensiyaçı seçim mərhələsində iştirak edir. Onlar Bakıda təşkil olunacaq yarımfinal və final mərhələsində iştirak etmək üçün mübarizə aparır. 

 

Turnirdə iştirak etmək istəyən pensiyaçıların sentyabrın 19-dan başlanan qeydiyyat prosesi oktyabrın 19-da başa çatıb. Bu müddət ərzində 370-dən çox pensiyaçı qeydiyyatdan keçib.

 

Turnir iştirakçıları arasında ən yaşlı pensiyaçı Tovuz rayon sakini olan 89 yaşı olan Axundov Vaqif İbrahim oğludur.

Diaspora