Cahangir Əsgərov Ərdoğana verdiyi "bığ" sözünü tutdu - VİDEO

Cahangir Əsgərov Ərdoğana verdiyi "bığ" sözünü tutdu - VİDEO backend

Ötən ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edən Türkiyə lideri Ərdoğan AZAL rəhbəri Cahangir Əsgərovla zarafat edərək, bığının olmamasını bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyev isə bu zarafata qoşularaq, “bığı tökülüb” demişdi.

C.Əsgərov isə “Siz Zəngilan limanının açılışına gələndə bığ da olacaq” deyə, söz vermişdi.

Bu gün Türkiyə lideri Ərdoğanın Zəngilanda qarşılanma mərasimi zamanı Cahangir Əsgərovun sözünü tutduğu məlum olub. Belə ki, görüntülərdə C.Əsgərovun bığlı olduğu görünür.

Həmin görüntüləri təqdim edirik:

Diaspora