Zakir Həsənov özbəkistanlı həmkarı ilə görüşdü - FOTO

Zakir Həsənov özbəkistanlı həmkarı ilə görüşdü -  FOTO backend

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakıda səfərdə olan özbəkistanlı həmkarı general-leytenant Baxodir Kurbanov ilə görüşüb. Zakir Həsənov özbəkistanlı həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli cavab tədbirlərindən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində görülən işlər barədə məlumatlandırıb.

B.Kurbanov Azərbaycan ilə Özbəkistan müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

loading...
Diaspora