Ermənilər minaların təmizlənməsini çətinləşdirmək üçün görün nə ediblər

Ermənilər minaların təmizlənməsini çətinləşdirmək üçün görün nə ediblər backend

“Ermənilər minaladıqları ərazilərə bilərəkdən xeyli miqdarda metal qırıntıları, mismar qalıqları səpiblər”.

Qaziler.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Qurum sədri bildirib ki, Azərbaycanın minatəmizləyənləri mina təmizləmə işinə başlayan zaman ermənilərin daha bir mənfur əməlləri ilə üz-üzə qalıb:

“Belə ki, onlar işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsini çətinləşdirmək üçün bir çox əngəllər törədiblər və həmin ərazilərə metal qırıntıları səpiblər”.

“Ərazilərə səpilən metal qalıqları minatəmizləmə işlərinə çətinlik yaradır və mina detektorlarının işini ləngidir”- V.Süleymanov vurğulayıb.

loading...
Diaspora