Bu ilin 9 ayında sosial fəaliyyət sahələri üzrə 432 min elektron arayış verilib

Bu ilin 9 ayında sosial fəaliyyət sahələri üzrə 432 min elektron arayış verilib backend

2022-ci ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 432 min elektron arayış verilib.

 

Nazirlikdən Qaziler.az-a bildirir ki, son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində Nazirliyin 30 e-arayış xidməti də istifadəyə verilib.

 

Bu e-xidmətlər vətəndaşlara iş yerinə və əlilliyə dair,  pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.

 

Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən bu ilin 9 ayında nazirliyin informasiya bazalarına edilən sorğu sayı 138,9 milyon olub.

Diaspora