Ağdam sakini: Kəndimizin təməlqoyma mərasimini böyük sevinc və qürur hissi ilə izlədik - VİDEO

Ağdam sakini: Kəndimizin təməlqoyma mərasimini böyük sevinc və qürur hissi ilə izlədik - VİDEO backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfəri zamanı Ağdam şəhərində yaşayış məhəlləsinin, həmçinin rayonun Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinin təməli qoyulub.

Böyük Qayıdış tədbirləri çərçivəsində görülən işlər, erməni vandalizminə məruz qalmış yurd yerlərimizin müasir tələblər əsasında yenidən qurulması, layiqli həyat şəraiti ilə təmin olunan şəhər və kəndlərin salınması məcburi köçkün həmvətənlərimizdə məmnunluq və minnətdarlıq hissi doğurur.

Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Ağdam şəhərinin, Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinin sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.

Təqdim edilən videoçarxda Xıdırlı kənd sakini Cəbiyev Nadir Savalan oğlu  təməlqoyma mərasimini böyük sevinc və qürur hissi ilə izlədiyini bildirib. Bütün ailə üzvləri ilə birlikdə kəndə qayıdacaqları günü səbrsizliklə gözlədiyini qeyd edən məcburi köçkün doğma yurd yerlərinin bərpası və yenidən qurulması üçün lazım olan bütün tədbirlərin dövlətimizin başçısının rəhbərliyi ilə keçiriləcəyinə əmin olunduğunu deyib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

loading...
Diaspora