“WhatsApp” növbəti yeniliyini təqdim edib.
Axşam.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Artıq mesencerin 2.22.22.14 beta versiyasına göndərilən mesajları redaktə etmək mümkündür.
Lakin yeni funksiyada mətni göndərdikdən cəmi 15 dəqiqə sonra yeniləmək imkanı olacaq və yazı "redaktə edilib" şəklində işarələnəcək.