Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş qəbulu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş qəbulu keçirilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin 9 ayında 1 274 458 vətəndaşın qəbulu həyata keçirilib.

Onlardan 53 115 nəfər Nazirlik Aparatı və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 1 221 343 nəfər isə Nazirliyin Aparatı və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında, DOST mərkəzlərində qəbul edilib.

Eyni zamanda, yanvar-sentyabr aylarında 1 593 365 vətəndaş müraciəti, o cümlədən:

- Yazılı və e-qaydada edilmiş 352 573, 
- Çağrı Mərkəzi vasitəsilə 1 169 636,
- Sosial şəbəkələrdə 71 156 vətəndaş müraciəti cavablandırılıb.

Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.

Diaspora