Azərbaycan Triatlon Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə qurumun yeni prezidenti seçilib.
Federasiyanın icraçı-direktoru Azər Məhərrəmov ATF-də işini prezident kimi davam etdirəcək. O, bu vəzifəyə yekdilliklə seçilib.
Qeyd edək ki, ATF 2013-cü ilin iyununda yaradılıb və həmin vaxt Beynəlxalq və Avropa Triatlon İttifaqına üzv seçilib. Azərbaycan millisi qısa vaxt ərzində böyük uğur əldə edib. Komandanın üzvü Pevtsov Bakı-2015-in bürünc medalını qazanıb. O, hazırda Rio Olimpiadasına vəsiqə uğrunda mübarizə aparır.