Gürcüstanın Batumi şəhərində zədələnmiş “Əli və Nino” heykəlinin bərpası istiqamətində işlər yekunlaşmaq üzrədir.
APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, zədələnən heykəl yeni ərazidə bərpa edilib. İş icraçıları bildiriblər ki, işlər sentyabrın 5-də tam yekunlaşacaq.
Qeyd edək ki, avqustun 26-da Batumidə baş vermiş fırtına zamanı heykəlin dağılma ehtimalı nəzərə alınaraq heykəl başqa yerə köçürülüb.