Qarabağ qaziləri Umud Rəhimoğlunu TƏBRİK ETDİLƏR - BAMF-ın 30 illiyi

Qarabağ qaziləri Umud Rəhimoğlunu  TƏBRİK ETDİLƏR - BAMF-ın 30 illiyi backend

"Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılmasının 30 illiyi ilə bağlı təşkilatın sədri Umud Rəhimoğlunu təbrik edib.

Qaziler.az bildirir ki, təbrikdə deyilir:

"Hörmətli Umud müəllim!

Sizi yaradıcısı olduğunuz Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illik yubileyi münasibətilə təbrik edirik!

BAMF beynəlxalq aləmdə sülhün və ədalətin tərəqqisi, medianın və vətəndaş cəmiyyətinin inkişafı, milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi naminə  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu otuz ildə böyük və əvəzsiz işlər görüb! 

Bütün bunlara görə, uzun illərdir BAMF-la yaxından əməkdaşlıq edən "Qarabağ qaziləri" birliyi olaraq, Sizə və zəhmətkeş kollektivinizə minnətdarlığımızı bildiririk! Ölkəmizdə, dünyamızda sülh üçün çalışmalarınızda Sizlərə uğurlar arzulayırıq!"

 

Diaspora