Salyan RQİİ-nin əməkdaşları təltif edilib - FOTO

Salyan RQİİ-nin əməkdaşları təltif edilib - FOTO backend

"Bu gün kəndlərin qazlaşdırılması prosesində sizin əziyyətiniz danılmazdır. Odur ki, SOCAR "Azəriqaz" İB rəhbərliyinin hər zaman diqqətindəsiniz".

"Azəriqaz" İB-dən Qaziler.az-a verilən məlumata görə, bunu İB-nin baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev Salyan Regional qaz istismarı İdarəsinin əməkdaşları ilə görüşü zamanı qeyd edib. O, baş direktorun adından nəzarətçi-çilingərlərə təşəkkür edib.

 

Daha sonra Ceyhun Şıxəliyev Salyan RQİİ-nin xidmət sahələrində çalışan ümumilikdə 15 əməkdaşı SOCAR "Azəriqaz" İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb, onlara işlərində uğurlar arzulayıb.

Diaspora