Bu il əməkhaqqının birgə maliyyələşmə proqramı üzrə 1582 işsiz şəxsə iş yerlərinə göndəriş verilib

Bu il əməkhaqqının birgə maliyyələşmə proqramı üzrə  1582 işsiz şəxsə iş yerlərinə göndəriş verilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə həm işsiz şəxslərə, həm işəgötürənlərə dəstəyin göstərilməsi davam edir.

 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, 2022-ci ilin ötən dövründə də proqram üzrə 1582 işsiz şəxsə iş yerlərinə göndəriş verilib. Bu dövrdə proqramda iştirak üçün müraciət edən 160 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Həmin işəgötürənlərin təqdim etdiyi vakansiyalar üzrə işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək.

Diaspora