Şəmistan Əlizamanlının konserti keçirildi - FOTO

Şəmistan Əlizamanlının konserti keçirildi - FOTO backend

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Xətai rayonundakı Heydər Əliyev adına istirahət kompleksində konsert-görüş keçirilib.

Qaziler.az xəbər verir ki, konsert-görüş yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliğinə həsr olunmuş “Vətən əmanəti” adlı layihə əsasında həyata keçirilib. 

Xətai rayonunun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, ziyalıların, Milli Müdafiə Universitetinin kursantlarının, məktəb şagirdlərinin və sakinlərin qatıldıqları konsertdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistləri ifalarını təqdim ediblər.

Tədbirdə Xətai rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatını sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Qarabağ Qaziləri” İctimai Birlyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu, hərbi ekspert Səxavət Məmmədli və digər qonaqlar iştirak ediblər.

Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.

Qeyd edək ki, layihə çərçivəsində ilk tədbir-konsert 29 sentyabr 2022-ci il tarixində Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbində baş tutub.

Diaspora