2022-ci ilin ən gənc müəllimlərindən biri, 19 yaşlı Aytac Abbasova əslən Laçının Nağdalı kəndindəndir. O, Ağcabədi rayonunda böyüyüb. Rayonun 6 nömrəli tam orta məktəbində təhsilini başa vurduqdan sonra 2018-ci ildə Ağcabədi Pedaqoji Kollecinə qəbul olub. Bu il məzun olan Aytac Abbasova müəllimlərin işə qəbulu üzrə müsabiqədə 55 bal toplayıb.
Bu barədə təəssüratını AZƏRTAC-ın müxbiri ilə bölüşən Aytac Abbasova deyib: “Bu yerə gəlib çıxmağımda 6 nömrəli məktəbin müəllim kollektivinə, xüsusilə də Səmirə müəllimə, Südabə müəllimə, Xatirə müəllimə və Əminə müəlliməyə sonsuz təşəkkür edirəm. Hazırda Bərdə rayonunda yerləşən, Laçın rayon Zümürxan kənd ümumi orta məktəbində 5-9-cu siniflərə texnologiya fənnini tədris edirəm. Şagirdlərlə münasibətim çox yaxşıdır, onların düşüncə və maraqlarına çox önəm verirəm. Müəllimlik fəaliyyətini davam etdirəcəyəm”.
