Zəlzələ ölümə səbəb oldu -AZƏRBAYCANDA

Zəlzələ ölümə səbəb oldu -AZƏRBAYCANDA backend

Göyçayda bədbəxt hadisə baş verib. Zəlzələdən qorxan rayon sakini özünü quyuya atıb. Göyçay rayon Məlikkənd kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, kənd sakini 1987-ci il təvəllüdlü Ruhiyyə Mustafa qızı İbadova zəlzələ baş verən zaman qorxduğu üçün özünü su quyusuna atıb.

Elə bu zaman quyuda işlək vəziyyətdə olan su nasosunə gələn elektrik cərəyanı onu vurub. Qadın elə yerindəcə dünyasını dəyişib.

Dünyasını dəyişən 28 yaşlı Ruhiyyə İbadovanın iki azyaşlı övladı var.

Faktla bağlı araşdırmalara başlanıb.

Azərbaycanda zəlzələ bu səhər baş verib.
Diaspora