Baş Prokurorluq Ağdamda mina partlayışı ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Ağdamda mina partlayışı ilə bağlı məlumat yaydı backend

Xəbər verildiyi kimi, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Baş Prokurorluğundan  verilən məlumata görə, daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi ,lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.

 

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Diaspora