Şəhidin ildönümü qeyd olundu - FOTO

Şəhidin ildönümü qeyd olundu -  FOTO backend

Vətən müharibəsi şəhidi Şahbazlı Əlikram Novruz oğlunun xatirəsi anılıb.

 

Modern.az xəbər verir ki, şəhadətindən iki il keçən əsgərin ildönümü mərasimi doğulub boya-başa çatdığı Şabran rayonunun Borbor kəndində keçirilib. 

 

Mərasimdə şəhid ailələri, rayon ictimaiyyət nümayəndələri, Şabran rayon Padar kənd tam orta məktəbin müəllim və şagird kollektivi, eləcə də kənd camaatı iştirak edib.

 

Tədbirdə, həmçinin Borbor kəndinin girişində Əlikram Şahbazlıya məxsus xatirə lövhəsinin açılışı olub.

 

Qeyd edək ki, Şahbazlı Əlikram Novruz oğlu 2001-ci ildə Şabram rayonu, Borbor kəndində doğulub. 27 sentyabr 2020-ci ildə başlayan hərbi əməliyyatlar zamanı Hadrut və Suqovuşanın azadlığı uğrunda döyüşüb. 7 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Diaspora