Son sutkada koronadan ölən olmayıb

Son sutkada koronadan ölən olmayıb backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 90 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 027 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 508 nəfər müalicə olunaraq sağalıb, hazırda 592 aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 202, bu günə qədər isə ümumilikdə 7 269 145 test icra olunub.

Diaspora