"Şəkidə baş verən 7 ballıq güclü zəlzələnin ardınca afterşokların olması təbiidir". Bunu Lent.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, zəlzələnin ardınca 15-dən çox afterşok olub: "Afterşokların olması bir müddət davam edəcək. Ola bilər onların arasında hiss olunanları da olsun. Enerji boşalması getməlidir".
Qeyd edək ki, bu gün səhər Şəkidə 13 km dərinlikdə 7 bal gücündə güclü zəlzələ baş verib. Yeraltı təkan ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub.Zəlzələ bölgəsində 15-dən çox afterşok olub - Qurban Yetirmişli

