Müəllimlər Günü münasibətilə Vətən müharibəsi şəhidinin müəllim ailəsi ziyarət olunub - FOTO

Müəllimlər Günü münasibətilə Vətən müharibəsi şəhidinin müəllim ailəsi ziyarət olunub - FOTO backend

5 oktyabr - Müəllimlər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin şəxsi heyəti 44 günlük Vətən Müharibəsində şəhid olan Şahı Məmmədlinin atası Elman müəllimi, Allahverdi Ələkbərovun xanımı Aydan xanımı yaşadıqları evdə təbrik edib və gələcək işlərində uğurlar arzulayıblar.

Eyni zamanda, Vətən Müharibəsində iştirak etmiş müəllimlər Fəxri Fərman və Qarabağın simvolu olan Xarı Bülbül döş nişanı ilə rəğbətləndiriliblər.

Fürsətdən istifadə edən şəhid ailələri və müharibə iştirakçıları olan müəllimlər hər zaman göstərilən qayğı və diqqətə görə ölkə başçısı Müzəffər Ali Baş Komandana bir daha öz minnətdarlıqlarını bildirib. (trend)

 

#QarabağAzərbaycandır!

Diaspora