Bakı Dövlət Sirkində təmir başlayıb - FOTO

Bakı Dövlət Sirkində təmir başlayıb - FOTO backend

Bakı Dövlət Sirkində təmir işləri başlayıb.

“Report” xəbər verir ki, bunu sirkin direktor əvəzi Nahid Ağayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub: "Təmir işləri zamanı sirkin zalının döşəmələri də tamamilə yenilənib. Yeni mövsümdə heyvanlarla xüsusilə də atlarla bağlı şou nümayiş olunacağı üçün onların saxlanılacağı ərazilər dünya standartlarına uyğun şəkildə də təmir olunub".

N.Ağayev söyləyib ki, Bakı Dövlət Sirkində restavrasiya işləri mərhələli şəkildə davam edəcək.

Diaspora