İcra başçısının qəfil getdiyi məktəbdə niyə şagirdlər olmayıb? - AÇIQLAMA

İcra başçısının qəfil getdiyi məktəbdə niyə şagirdlər olmayıb? - AÇIQLAMA backend

Gədəbəydə şagirdlərin dərs zamanı məktəbdə olmamasının səbəbi açıqlanıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən verilən məlumata görə, Gədəbəy rayonu Arıqıran kəndində baş vermiş hadisə ilə bağlı araşdırma aparılıb, məktəb direktorunun izahatı alınıb.

İzahat əsasında məlum olub ki, həmin günü məktəbin yuxarı sinif şagirdləri, bir neçə müəllimi və məktəbin direktoru kəndin şəhidinin anım günü tədbirində olublar.

Məktəb Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, gələcəkdə bu cür halların yaşanmaması üçün müvafiq tədbirlər görüləcək.

Diaspora