Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun köməkçisi Raqif Xəlilov Manset.az-a açıqlamasında deputatın oğlunun Türkiyədə oğurlanması ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.
O, qeyd edib ki, millət vəkilinin oğlu Azər Əmiraslanovun oğurlanması ilə bağlı yayılan xəbərlər doğru deyil.
Qeyd edək ki, deputatın oğlunun separatçı kürd qruplaşmanın üzvləri tərəfindən oğurlandığı və azadlığa buraxılması üçün öncə 10 milyon dollar tələb olunduğu qeyd edilib. Danışıqlardan sonra deputatın oğlunun 5 milyon dollar qarşılığında sərbəst buraxıldığı və hazırda Bakıda olduğu vurğulanıb.