Mina və müharibədən zərərçəkənlərin problemlərinin həllinə dəstək konfransı keçiriləcək

Mina və müharibədən zərərçəkənlərin problemlərinin həllinə dəstək konfransı keçiriləcək backend

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mina və müharibədən zərərçəkənlərin problemlərinin həllinə dəstək konfransının keçirilməsi” layihəsinin icrasına başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə AMZA-nın sədri Rey Kərimoğlu məlumat verib.

O bildirib ki, sentyabrın 1-dən  icrasına başlanan layihə dekabrın 1-dək davam edəcək. Üç ay davam edəcək layihədə minadan, müharibədən zərərçəkən 50 nəfər və onların ailə üzvləri seçilərək konfransa dəvət ediləcək.

“Biz layihə çərçivəsində Tərtər, Ağdam və Bərdədən olan minadan, müharibədən zərərçəkənlər və onların ailə üzvləri ilə görüşlər keçirəcəyik. Onların arasından 50 nəfəri konfransa dəvət edəcəyik. Hazırda layihənin icrası fəaliyyət planına uyğun həyata keçirilir. Noyabrın 15-də Tərtər rayonunda həmin zərərçəkənlərin iştirakı ilə konfrans keçiriləcək” - Rey Kərimoğlu qeyd edib. 

Diaspora