Sabah bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah bu yollarda görünüş məsafəsi məhdudlaşacaq backend

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 3-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Bakı-Ələt-Astara, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Şuşa-Füzuli, Xankəndi-Xocavənd, Ucar-Zərdab-Ağcabədi, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Salyan-Neftçala magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Diaspora