171 nömrəli məktəbdə “Vətən əmanəti” adlı tədbir keçirildi - FOTO

171 nömrəli məktəbdə “Vətən əmanəti” adlı tədbir keçirildi -  FOTO backend

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliğinə həsr olunmuş “Vətən əmanəti” adlı tədbir-konsert layihəsi həyata keçirir. 

Qaziler.az bildirir ki, layihə çərçivəsində ilk tədbir-konsert 29 sentyabr 2022-ci il tarixində Xətai rayonunda şəhid Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbində baş tutdu. 

Tədbirdə məktəb şagirdlərinin vətənpərvərlik ruhunda hazırladığı kompozisiyalar nümayiş etdirildi. 

Tədbirdə şagird və müəllim heyətinin qarşısında vətənpərvərlik mahnılarının mahir ifaçısı, hərbi diktoru Şəmistan Əlizamanlı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatını sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xətai rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar şöbənin müdiri Pənah İmanov, “Qarabağ Qaziləri” İctimai Birlyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu, hərbi ekspert Səxavət Məmmədli və digər çışıxçılar bu kimi tədbirlərin keçirilməsi cəmiyyətdə vətənpərvərlik ruhunun inkişafına, xüsusən yeniyetmələr, gənclər arasında milli vətənpərvərlik hisslərinin aşılanması və təbliğ edilməsinə böyük dəstək olduğunu qeyd etdilər. 

Tədbir Şəmistan Əlizamanlının ifasında hərbi marşlarla başa çatdı.

Diaspora