AMEA-nın strukturu təsdiqlənib

AMEA-nın strukturu təsdiqlənib backend

Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu təsdiq edilib.

Apa-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar verib.

Qərar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının strukturu aşağıdakı kimi müəyyənləşdirilib:

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Aparatı.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri:
Respublika Seysmoloji Xidmət Mərkəzi;
Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu;
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;
Fəlsəfə və Sosiologiya İnstitutu;
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;
Nəsimi adına Dilçilik İnstitutu;
Memarlıq və İncəsənət İnstitutu;
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;
Folklor İnstitutu;
Qafqazşünaslıq İnstitutu;
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
Lənkəran Regional Elmi Mərkəzi;
Şəki Regional Elmi Mərkəzi;
Mərkəzi Elmi Kitabxana;
“Elm” Nəşriyyatı.
Naxçıvan bölməsinin Aparatı.
Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu;
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu;
Əlyazmalar Fondu.
Gəncə bölməsinin Aparatı.
Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:
Humanitar Tədqiqatlar İnstitutu;
Diyarşünaslıq İnstitutu;
Nizami Gəncəvi Mərkəzi.

Diaspora