Bəstəkar-müğənni Rəhim Rəhimli dəfn olunub.
Qaziler.az xəbər verir ki, sənətçi Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun sənət dostları, ailə üzvləri, yaxınlar iştirak ediblər.
Qeyd edək ki, R.Rəhimli ötən gecə yaşadığı evdə ürəktutmasından dünyasını dəyişib. TƏBİB-in verdiyi açıqlamaya görə, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib. İfaçının bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.
Allah rəhmət eləsin!





