Azərbaycan bayrağına hörmətsizlik edən məmur şəhid övladı imiş - VİDEO

Azərbaycan bayrağına hörmətsizlik edən məmur şəhid övladı imiş - VİDEO backend

“Bərdə Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir”.

Bununla bağlı Bərdə Rayon İcra Hakimiyyəti məlumat yayıb. 

Bildirilib ki, hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb:
 
“Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib”.

 

*****

Sosial şəbəkələrdə Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.

Qaziler.az xəbər verir ki, videoda kimliyi bəlli olmayan bir şəxsin qapı satışı ilə məşğul olan mağazaya daxil olaraq, mübahisə etdiyi görünür.

O, mübahisədən sonra obyektin önündə asılan Azərbaycan bayrağını qoparıb masanın üzərinə atır. Hadisənin Bərdə rayonunda olduğu ehtimal edilir.

***

Bayrağı masanın üstünə atan şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.

Bu sözləri saytımıza DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı deyib.

O bildirib ki, qeyd edilən video görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik:

Diaspora