Qarabağ qazilərinin layihəsi başlayıb – Hüququ Yardım Mərkəzi yaradılıb

Qarabağ qazilərinin layihəsi başlayıb –  Hüququ Yardım Mərkəzi yaradılıb backend

“Qarabağ qaziləri” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinin, Qarabağ əlillərinin problemlərinin həllinə dəstək üçün “Hüquqi Yardım Mərkəzi”nin yaradılması layihəsinin icrasına başlayıb.

Bu barədə QAZİLER.AZ saytına “Qarabağ qaziləri” ictimai birliyinin sədri, sözügedən layihənin rəhbəri Asəf Əliyev xəbər verib. Onun sözlərinə görə, sentyabrın 1-dən başlayan layihə 3 ay davam edəcək. Layihənin əsas məqsədi qanunla müharibə insanlarına şamil edilmiş güzəştlər, imtiyazlarla bağlı və digər problemlərinin həllində onlara dəstək olmaq idi:

“Bu məqsədlə layihə çərçivəsində “Hüquqi Yardım Mərkəzi” yaradılacaq. Yazılı və şifahi müraciətləri qəbul edib onun həllinə çalışacağıq. Bildiyiniz kimi, dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə müəyyən güzəştlər verilib, onlara sosial dəstək verilir. Amma bir çox şəhid ailəsi, qazisi bunlardan tam məlumatlı olmur. Yaxud bu imtayazlardan, dövlətin verdiyi sosial dəstəkdən istifadə edə bilmir. Məqsədimiz onların qanuni yollarla bunları əldə etmələrinə dəstək olmaqdır.”

Diaspora