Və ya cəhənnəmin mübarək, aslanım!
Aslanlarla bağlı çox məlumatım var, çünki vəhşi təbiətin kralı olaraq ta uşaqlıqdan bəri aslanları sevirəm. Bu barədə sonra danışacağam. İndi bir az keçmişə, Aslan Aslanovun doğulduğu günə getmək istəyirəm. Yəqin həmin gün aslanın atası rəhmətlik çox sevinib oğlum oldu hey deyə hayqırıb bəlkə, sevincindən gözü də yaşarıb. Hesab edir ki, dünyaya aslan kimi bir oğul gəlib. Adını Aslan qoyub aslan oğlum demək üçün. Görünür rəhmətlikdə aslanları mərdlik, cəsarət və güc simvolu hesab edib. Yəqin yazıq fikirləşib ki oğlu aslan kimi mərd olacaq və atasına bu dünyada şərəf, hörmət, o dünyada cənnət bəxş eləyəcək. Cənnət! Allaha və axirətə inanan insanların yaşamaq situmulu və son arzusudur cənnət. O dünyada cənnətə düşsün deyə inanan insan bu dünyada nəyindən keçməzki? Maddi olan hər şeyindən hətta övladından belə.Şəriətə görə əksər halda övladlar valideynlərinə görə məsul deyillər. Amma valideynlər, xüsusən də atalar övladlarına görə cavabdehdirlər. Yəni övladların etdiyi yaxşı və yaman hərəkətlərə görə həm bu dünyada, həmdə axirətdə cavab verəcəklər. Mən Aslan Aslanovun atasını tanımıram, bəlkə də rəhmətlik yaxşı hətta ən yaxşı insanlardan biri olub. Bəlkə də öz əməllərinə qalsa axirətin xoş guşəsində yaşayacaqdır. Amma nə yazıq üzü qara olsun pis övladın, bədvaris imiş zavallı. Aslanım, deyə, boyunu sevdiyi oğlu nəinki aslan, heç sırtlan belə ola bilmədi. Belə bir övladın atası olmağı mən heç erməniyədə arzulamazdım. Çünki hesabı çox ağırdır.
İndi aslanlara qayıdıram, Aslan, deyilişi belə məğrurdur. Azərbaycan dilində aslan aslanların erkəyinə, dişisinə isə şir deyirlər. Aslan ailədə atadır, çox işə qarışmaz. Balalarının tərbiyəsi ilə məşğul olar, onlara ovlanmağı, güclü olmağın yollarını öyrədər. Ailənin qidalanması üçün ov ovlamağa əsasən dişilər gedər. Ov xüsusilə böyük heyvan olarsa, məsələn öküz, camış, fil və başqaları olarsa o zaman aslan işə qarışar. Kimin ovlamağından asılı olmayaraq bir qayda olaraq yeməyə birinci ata başlayar. Bəs ailə başçısı aslanın rolu nədir? Axı ilk baxışda bütün işləri dişilər görür. Əcəba nədən bütün gün yeyib yatan erkəklərin qulluğundadır dişilər? Bu ədalətsizlik deyilmi? Bax burada işin əsli üzə çıxır. Əslində ailənin bütün təhlükəsizliyi və ölüm-qalım məsələsi erkəklərin üzərindədir. Öldürücü düşmənlə üz-üzə gələrkən meydana aslan çıxar. O düşmən ki, bir neçə dişinin ona gücü çatmaz, bir dəfəyə bütün dişiləri öldürə bilir. Aslan özünə rəqib ola biləcək hətta özündən güclü olan rəqiblərə qarşı aslanlığını göstərir. Ya ölər, ya da ailəsini qoruyub saxlayar. Bəs bizim “aslan”ımız necə?...
Lamyiə Quluyeva “aslan”ımızın əsiri. Hal-hazırda barəsində ən çox danışılan biri. Zavallı, məzlum və günahsız. Aslan Aslanovun qurduğu sırtlan xislətli “aslanlar vadisində” təhqir və işgəncələrə məruz qalan ləyaqət və qeyrət simvoludur. Zorlanmış, alçaldılmış, həbsxanada dünyaya atasız övlad gətirən analoqu olmayan bir ana. Bunları yazarkən yadıma 2000-ci ildə erməni əsirliyindən qayıtmış və evlərinə çatan kimi xırda mismarları udaraq intihar etmiş bir qızcığaz düşdü. O, əsir düşəndə səkkiz yaşı, əsirlikdən qayıdanda on altı yaşı vardı. Bilirsinizmi O, niyə intihar etmişdi? Erməni əsirliyindən bətnində gətirdiyi uşağa görə. Elə Lamyiənində əsir düşəndə on altı yaşı vardır. Erməni əsirliyində olan qızlarımıza, qadınlarımıza çox işgəncələr veriblər. Ermənidirlər axı. Erməni: dünyanın ən nankor və murdar canlıları. Onlara elə sırtlanda demək olar.
Son vaxtlar Lamiyənin dünyaya uşaq gətirməsi ilə bağlı başlanan şou müzakirələrin kökündə Aslan Aslanovun daha bir iyrənc niyyəti durmaqdadır. Öz aləmində Lamiyənin əxlaqsız biri olduğunu isbat eləməyə çalışır. Yəni: “ay camaat” görürsünüzmü bu zatən əxlaqsızın biri imiş. Hətta həbsxanada belə əxlaqsızlıq eləməyə imkan tapmışdır və o qədər etmişdir ki uşağının atası belə çox adam ola bilər. Bununla O oğlunun namus, qeyrət üstündə deyil, başqa maraqla öldürüldüyünü isbat etməyə çalışır. Kimi aldadırsan ay yazıq, ay bədbəxt!? Hesab edirsən ki, əsirlikdə zorlayaraq zorla ana etdirdiyin bu qızcığaz dünyaya uşaq gətirdiyinə görə ömürlük peşman olub, həyatının sonuna qədər zülümmü çəkəcək. İntiqam almağa başqa vasitələr bitdimi? Allah təala intiqam hissinin haram olduğunu əmr etmişdir. Bilirsənmi niyə? İntiqam hisslərinin sənin kimi insanları bax beləcə rəzil etdiyinə görə.
Özünü qalib hesab edirsən Aslan Aslanov?! Əslində hər dəfə aslan sözünü yazanda aslanlardan xəcalət çəkirəm. Sənin adının aslan olmağı aslanlara təhqirdir. Bu sözlər bu çirkin niyyətinin həyata keçirməyində, əmrinə itaətdə olan bütün kafirlərə aiddir. Siz hamınız cəhənnəmə vasil olacaqsınız. Amma Lamiyə sənin oğlunu öldürdüyünə görə heç vaxt peşman olmayacaq. Çünki O sənin oğlunun təcavüzünə məruz qalmış bütün qızların duasını almaqdadır.
Axirəti bu dünya ilə müqayisə etsək cənnətlə cəhənnəmi bu dünyadakı azadlıq və həbsxanaya bənzətmək olar. Mən cəhənnəmin yəni həbsxananın üzərində bir neçə kəlmə dayanmaq istəyirəm. Cəhənnəmdə həbsxana kimi cinayətin və cəzanın ağırlığına görə qat-qatdır. Məsələn, cəhənnəmində cəhənnəmi var, elə həbsxananın həbsxanası olduğu kimi. Sən hər dəfə Lamiyəyə işgəncə verdirdikdə ona ləkələr yapdırmağa çalışdıqda cəhənnəmdə olanların cəhənnəmin cəhənnəminə göndərilir. Sənin günahlarına görə, yazıq deyillərmi? Zatən atana pis övlad, oğluna pis ata olmusan. Barı o dünyalarından əl çək ,əziyyət etdirmə onlara. Bir insanı öldürə bilən virusun gözlə görünməsi üçün otuz min dəfə böyüdülməsi lazımdır. Nəyə güvənmisən ay zalım, sən ölməyəcəksənmi? Sənin o dünyada hara gedəcəyin məlumdur, əmin edirəm atanla oğlun yaxandan yapışacaqlar. Cavab belə verə bilməyəcəksən, çünki dilin pörşələnmiş olacaq. Bəs necə elə bilirsən cəhənnəmdə sənin üzünə güləcəklər? Orada sənin üzünə deyil, özünə güləcəklər. Sənə olunacaq işgəncələri düşündükcə sənə belə yazığım gəlir. Amma ən gözəli bilirsənmi nədir Aslan “kişi” sən cəhənnəmin dibində yaxınların və havadarlarınla cəhlidə olarkən, Lamiyə öz balasının və Allahın sevgisi ilə nəşədə olacaqdır. Sən Lamiyəni öldürtdürə də bilərsən. Ancaq məsləhət görmürəm. Ona görə yox ki Lamiyəni düşünürəm. Ona görə ki, sənə yazığım gəlir. Axı cəhənnəmin dibinin də dibi var. Ehtiyatlı ol, atasının Aslan oğlu. Son olaraq Aslanın oğlu Ruslana (ruhuna) bir iki kəlmə tövsiyəm var. Nə qədər ki gec deyil birtəhər elə olduğun yerin məmurlarından izin al və atanın yuxusuna gəl. Ona de ki, Lamiyədən əl çəksin və günahlarını yusun. Əgər səni eşitməsə onda bunu de: “cəhənnəmin mübarək” ata.
P.S. Neçə illər qabaq bir icra başçısı və onun əzazil oğlu var idi. İcra başçısının həmin o əzazil oğlu camaata zülm edərdi, qız-gəlinin namusuna sataşardı. Bir gün həmin o icra başçısının əzazil oğlu avtomobil qəzasında öldü və onu elə həmin rayondaca basdırdılar. Rayon əhli də “borclu” qalmadı hər gecə gedib o zatın məzarını murdarlayırdı. İcra başçısı məcbur olub oğlunun məzarına polis qoydu. Yenə xalqın qarşısını ala bilmədi. Vəziyyəti belə görən icra başçısı axırda bütün camaatı yığıb onlardan oğlunun əməllərinə görə üzr istədi! Bağışlanmasını xahiş etdi! Yalnız bundan sonra həmin əzazil oğlunun məzarına toxunmadılar. Bu da elə-belə qəfildən yadıma düşdü.