Özbəkistanda internet problemləri davam edəcək - 1 AY

Özbəkistanda internet problemləri davam edəcək - 1 AY backend

Özbəkistanda internetdə yaranan problem daha bir ay davam edəcək. İKT.lent.az-ın Özbəkistanın “Podrobno.uz” saytına istinadən verdiyi məlumata görə, son zamanlar internet istifadəçilərini narahat edən internet kəsintiləri problemi sentyabr ayının sonuna qədər davam edəcək.



Ölkənin internet və rabitə xidmətləri göstərən “Uzbektelekom” Birliyindən bildiriblər ki, sentyabrın 2-dən oktyabrın 1-nə kimi internet xidmətlərinin göstərilməsində nasazlıqlar yarana bilər. Bu səbəbdən qurumun şəbəkəsində profilaktik işlər aparılacaq.

Qeyd edək ki, bu müddətdə internet xidmətlərinin zəifləməsi olacaq ki, bu da bir sıra videosəsli proqramların, həmçinin “Skype”, “Viber” və buna bənzər əlavələrin fəaliyyətində zəifləmə yarana bilər.