Anar Kərimov şəhid Polad Şirinovun ailəsini ziyarət edib - FOTO

Anar Kərimov şəhid Polad Şirinovun ailəsini ziyarət edib - FOTO backend

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Polad Şirinovun ailəsini ziyarət edib.

Qaziıer.az bildirir ki, görüşdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunur.

Ailənin sosial vəziyyətinin hər zaman diqqətdə saxlanılacağı, şəhid ailələri üçün nəzərdə tutulan digər dəstək tədbirləri ilə əhatə olunacaqları qeyd edilib.

Diaspora