Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “ASAN ödəniş” sisteminə qoşulub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “ASAN ödəniş” sisteminə qoşulub backend

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tətbiq etdiyi inzibati cərimələr “ASAN ödəniş” sistemi vasitəsilə ödəniləcək.


Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə inzibati tənbehlərin tətbiqi haqqında Qaydalar”da dəyişikliklər edilib. Dəyişikliyə əsasən, RYTN inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində “ASAN ödəniş” sisteminə ötürəcək.

Bununla yanaşı, digər dəyişiklik nəticəsində inzibati cərimənin şamil olunmadığı şəxslərin sırası genişləndirilib. Belə ki, indiyədək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri RYTN tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə təkcə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara inzibati cərimə tətbiq edə bilməzdilər. İnzibati cərimə tətbiq edilə bilməyən şəxslərin sırasına hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları da daxil olunub.
Diaspora