Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 160-172-ci kilometrlik hissəsində aparılan cari təmir işləri yekunlaşmaq üzrədir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sözügedən ərazidə yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Bundan sonra yolun ümumilikdə 13 min kvadratmetr sahəsinə yeni asflat-beton örtüyü döşənib. Təmir işləri zamanı hərəkət hissəsinin eni 7,5 metr olan yolun çiyinlərində də bərkidilmə aparılır.Qeyd edək ki, “Azəryolservis” ASC regionlarla yanaşı, Bakının bəzi yollarında da təmir-bərpa işləri aparır.