Hirkan Milli Parkının direktoru saxlanılıb? - RƏSMİ

Hirkan Milli Parkının direktoru saxlanılıb? - RƏSMİ backend

Hirkan Milli Parkında ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, şübhəli şəxslər dindirilir. Parkın direktoru haqqında yayılan məlumat həqiqəti əks etdirmir.

 

*****

Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.

Qaziler.az APA-ya istinadən xəbər verir ki, parkın direktoru və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.

Diaspora