Qarabağ qaziləri də Mətbuat Şurasına seçildi

Qarabağ qaziləri də Mətbuat Şurasına seçildi backend

Bildiyimiz kimi bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib. Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi seçilib. 

Qaziler.az xəbər verir ki, bu seçimlərdə iki qazimiz də yer alıb.

Belə ki, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi Bəhruz Məmmədzadə MŞ İdarə Heyətinin ictimaiyyət nüməyəndəsi seçilib. Bəhruz Məmmədzadə  "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavinidir.

Digər bir qazimiz isə Qaziler.az saytının Baş redaktoru Rey Kərimoğlu Nəzarət-Təftiş Komissiyasına üzv seçilib.

Diaspora