Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") mətbu orqanı “Vətən səsi” qəzeti çap variantını dayandırıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə qəzetin baş redaktoru Elşən Əliyev Azərbaycan jurnalistlərinin VIII qurultayında deyib.
O bildirib ki, sentyabrın 17-dən qəzetin çapı dayandırılıb.